Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə 03:20 radələrində şəhərin Qurtuluş prospektində qeydə alınıb.Şəhər sakini, 29 yaşlı Vaqif Davud oğlu Hüseynov idarə etdiyi “VAZ-2106” markalı maşınla yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib.Avtomobil yolayrıcında, Şəhidlər xiyabanının qarşısındakı elektrik dirəyinə çırpılıb. Nəticədə "Jiquli" ciddi zədələnərək sıradan çıxıb.Hadisə zamanı "Jiquli"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda dünyasını dəyişib.Maşının çırpıldığı elektrik dirəyinə də ziyan dəyib.