Azərbaycanda 3 ali məktəbə lisenziya verilib

Azərbaycanda 3 ali məktəbə lisenziya verilib
Bütün Xəbərlər
17:02 25.12.2012
5425

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib. O bildirib ki, bunlardan biri dövlət, digər ikisi isə özəl ali məktəbdir. H.Zərbəliyevin sözlərinə görə, onlar Milli Aviasiya Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Qızlar Universitetidir. Həmin ali təhsil ocaqlarının nəticələri müzakirə olunub və növbəti illərdə fəaliyyətini davam etdirmək üçün icazə verilib: “Bundan əlavə, 2012-2013-cü tədris ilində orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası aparılır. Artıq bir neçə peşə liseyləri və peşə məktəbləri də akkreditasiyadan keçirilib. Bunlar Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 №-li Bakı Peşə Liseyi, 1 №-li Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbidir. 2012-2013-ci tədris ilində akkreditasiyadan keçirilən “Bakı Modern Məktəbi”  müəssisəsinə lisenziya verilib. “UNİSER” MMC-nin nəzdində ümumi orta məktəb və Nəsrəddin Tusi adına özəl ümumtəhsil məktəbin fəaliyyət göstərməsi üçün lisenziya müddəti uzadılıb. Bakı Biznes və Kooperasiya Kolleci kimi orta ixtisas təhsili müəssisələrinə lisenziya verilib”.

OXŞAR XƏBƏRLƏR