Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır. Qeyd edilib ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Prezidentin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 19, 20 avqust Ramazan bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.