Kürdəmirdə 3 yaşlı uşaq döyülərək qətlə yetirilib.AZXEBER.COM-un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri rəsmi nigah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib hadisə yerindən qaçıb.Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində Q.Sülemanov tutulub.