Azərbaycanda 30-dan çox Qazaxıstan kapitallı şirkət var

Azərbaycanda 30-dan çox Qazaxıstan kapitallı şirkət var
Bütün Xəbərlər
17:28 17.04.2013
1263
Bu gün Qazaxıstanın Manqistau vilayəti Aktau şəhərinin akimi Edil Janbırşin Tekerbayulın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, tikinti, su təchizatı, bərk məişət tullantılarının emalı, qida sənayesi, alternativ enerji və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.Qonaqları salamlayan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.Qeyd edilib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilib. Hazırda Azərbaycanda 30-dan çox Qazaxıstan kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərirlər.Qazaxıstan Respublikasının Manqistau vilayəti Aktau şəhərinin akimi Edil Janbırşin Tekerbayulı ölkəsində, o cümlədən Manqistau vilayətində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda Azərbaycan təcrübəsinə Qazaxıstanda marağın böyük olduğunu vurğulayıb.Edil Janbırşin Tekerbayulı Qazaxıstanla Azərbaycan arasında keçən il ticarət dövriyyəsinin artaraq 450 milyon dollardan çox olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Edil Janbırşin Tekerbayulı Azərbaycan sahibkarlarını Aktau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət edib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
12:10 15.08.2025
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib