Azərbaycanda 300-dən artıq şəxs COVİD-19-a qarşı seroloji testdən keçirilib

Azərbaycanda 300-dən artıq şəxs COVİD-19-a qarşı seroloji testdən keçirilib
SAĞLAMLIQ
13:52 27.08.2020
729
Azərbaycanda COVİD-19 virusunun aşkarlanması ilə bağlı pilot layihə kimi həyata keçirilən seroloji test üçün 300 nəfərdən artıq şəxsdən qan nümunəsi götürülüb.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, pilot layihə vətəndaşlar arasında normal qarşılanır və əhali artıq bu testdən keçməyə könüllü müraciətlər edirlər: "Seroloji test insanların COVİD-19 virusuna yoluxub-yoluxmamasını müəyyən etməkdir. Məlumdur ki, bu virusu bir çox insan asimptomatik keçirir. Yəni bu xəstəliyin simptomları çox vaxt özünü biruzə vermir, əlamətləri olmur.

Virusa yoluxub sağalan şəxs isə bunu hiss etmir. Amma bu virusa yoluxan şəxsin yoluxub sağalandan sonra orqanizmində COVİD-19-a qarşı immunitet yaranır. Seroloji test nəticəsində qan nümunələri ilə həmin immunitet aşkarlanır və həmin şəxsin virusa yoluxduğu müəyyən edilir. Hazırda bu, pilot layihə kimi həyata keçirilir və analiz götürülən şəxs təsadüfi seçilir. Həmin şəxsə zəng olunaraq məlumat verilir, razılığı olduğu halda ondan qan nümunələri götürülür. Seroloji test tam olaraq pulsuz həyata keçirilir və vətəndaş heç bir ödəniş etmir".

Q.Ələkbərova bildirir ki, testin insan orqanizminə heç bir fəsadı yoxdur: "Sadəcə vətəndaşdan 3-5 milli qan nümunəsi götürülür və seroloji test vasitəsilə onun COVİD-19-a yoluxub-yoluxmadığı müəyyən edilir: "Mən vətəndaşlara çağırış etmək istəyirəm ki, onlara zəng gələrsə, dərhal buna razılıq versinlər. Artıq gələn həftədən etibarən seroloji testlər Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıtda da həyata keçiriləcək".

İşçi qrupunun rəhbəri bildirib ki, hələlik pilot layihə kimi həyata keçirilən seroloji test gələcəkdə ölkə ərazisində kütləviləşə bilər: "Artıq 300 nəfərdən götürülən testlər nəticəsində bu xəstəliyi asimptomatik keçirən şəxslər də aşkarlanıb. Testdən keçirilən elə şəxslər var ki, onlar özləri bu virusa yoluxduğunu bilməyib, amma test zamanı aşkarlanıb. Seroloji test layihəsi başa çatandan sonra ölkə ərazisində kütləvi həyata keçirilə bilər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"