Azərbaycanda 3000-ə yaxın yeni tarixi abidə aşkarlandı

Azərbaycanda 3000-ə yaxın yeni tarixi abidə aşkarlandı
Bütün Xəbərlər
16:04 29.03.2012
1059

Azərbaycanda 3000-ə yaxın yeni aşkarlanmış tarixi abidə var. Bunu cümə axşamı Trend-ə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, rəsmi siyahıda 7000-ə yaxın tarixi abidənin adı qeyd edilib. Ümumilikdə, Azərbaycanda 10 000-ə yaxın tarixi abidə var.

Nazir müavini bildirib ki, ölkədəki abidələrin arasında həm dünya, həm respublika, həm də yerli əhəmiyyətli abidələr var.Əliyevin sözlərinə görə, hazırda həmin tarixi abidələrlə bağlı uzunmüddətli - 2012-2020-ci illəri əhatə edən dövlət proqramının hazırlanması üzrə iş aparılır. Artıq proqramın layihəsi hazırdır. Layihə müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra hökumətə təqdim ediləcək.Əliyevin sözlərinə görə, hazırda proqramın ilbəil maliyyə mənbələrinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR