Daşkəsən rayonunda 31 yaşlı qadın atalığını bıçaqlayıb. Daşkəsən rayon Polis Şöbəsindən bölgə müxbirinə verilən məlumata görə, 1981-ci il təvəllüdlü Rəna Mürsəlova atalığı 1958-ci il təvəllüdlü Allahyar Cəfərova xəsarət yetirib.Məlumata görə, Rəna Mürsəlovanın anası bir neçə il əvvəl Allahyar Cəfərovla ailə qurub və onun evinə köçüb. Bundan sonra R.Mürsəlova həmin evdən gəlin köçüb. Lakin çox keçmədən o anasının yanına, ögey atasının evinə qayıdıb. Bundan sonra ailədə söz-söhbətlər artıb.R.Mürsəlova polisə bildirib ki, atalığı tez-tez onu döyürmüş. Nəticədə əsəblərinə hakim ola bilməyən gənc qız bıçağa əl atıb.Hazırda R.Mürsəlova saxlanılıb. Fakt üzrə cinayət işi başlanılıb.