Azərbaycanda 31 yaşlı qadını qatar vurdu

Azərbaycanda 31 yaşlı qadını qatar vurdu
Bütün Xəbərlər
08:57 27.12.2012
966
Gəncədə Bakı-Böyükkəsik dəmir yolu xətti üzrə hərəkət edək yük qatarı 31 yaşlı qadını vuraraq öldürüb.AZXEBER.COM-un məlumatına görə hadisə Bakı-Böyükkəsik dəmir yolu xəttinin 181-ci kilometrliyində baş verib. Dəmir yolunun Gəncə stansiyası ərazisində relslərin üzərindən yolu keçmək istəyən 31 yaşlı Səfurə Mərdanova hərəkətdə olan yük qatarı vuraraq qırağa atıb. Hadisə şahidlərinin sözlərinə görə, Səfurə Mərdanova yolun üzərindən keçərkən qatarın gəlib-gəlmədiyinə diqqət etməyib. Aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, qadın daxiliqanaxma və qaraciyərinin partlmasına görə əməliyyat zaman keçinib.
OXŞAR XƏBƏRLƏR