Azərbaycanda 342 nəfər yol qəzasında ölüb - 6 ayın dəhşətli hesabatı

Azərbaycanda 342 nəfər yol qəzasında ölüb - 6 ayın dəhşətli hesabatı
SOSİAL
17:24 07.08.2019
4419
Bu ilin yanvar-iyun aylarında respublikanın avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, Dövlət Statistika Komitəsindən azərtac-a bildiriblər ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub. Onlardan 342-si ölüb, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş verib. Bundan başqa, baş verən hadisələrin 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 12 hadisə qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
OXŞAR XƏBƏRLƏR