Bu gün Şamaxıda 4 bal gücündə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 14:59:01-daPirquludan 13 km şimaldaŞamaxı ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 7 km olub.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.