Azərbaycanda 4 maşın od tutub yandı

Azərbaycanda 4 maşın od tutub yandı
Bütün Xəbərlər
10:11 27.06.2013
1372

Dünən respublika ərazisində 4 maşın yanıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, Masallı şəhərində “Mercedes” markalı mikroavtobus yanıb. Dünən axşam saat 22:30 radələrində baş verən hadisə nəticəsində mikroavtobus yararsız hala düşüb.Gecə saatlarında isə Oğuz rayonunda “Chevrolet Niva” markalı minik avtomobilinin akkumulyator hissəsi yanıb.Saat 03:00 radələrində isə Kürdəmir rayonunun Aran qəsəbəsində “Moskviç” markalı minik avtomobili yanıb.Bu gecə avtomobil yanması ilə bağlı son hadisə isə Bakıda baş verib. Belə ki, saat 05:00 radələrində paytaxtın Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

OXŞAR XƏBƏRLƏR