Şirvanda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM-un məlumatlna görə, hadisə bu gün saat 15:30 radələrində Şirvan şəhərində qeydə alınıb.Şəhər sakini 20 yaşlı Fəxri Məlikağa oğlu Məmmədovu 4 nəfər naməlum şəxs evindən çağıraraq ona 5 bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb.Yaralı dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.Onun üzərində cərrahiyyə əməliyyat aparıldığdan sonra palataya yerləşdirilib.Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfərin axtarışı isə Şirvan polisinin əməkdaşları tərəfindən aparılır.












































