Azərbaycanda 4,5 milyardlıq ÜDM istehsal edildi

İQTİSADİYYAT
18:25 19.02.2013
1501
Bu ilin ilk ayında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in əhalinin hər nəfərinə həcmi 484,2 manat və ya 616,9 ABŞ dolları təşkil edib.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 2,2 milyard manat və ya ÜDM-in 49,6 faizini təşkil edib. Ümumi daxili məhsulun 50,4 faizi isə neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb.ÜDM-in 53,7 faizi sənayedə, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,2 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,9 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 12,6 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.

OXŞAR XƏBƏRLƏR