Azərbaycanda 49 yaşlı kişi həmkəndlisini vurdu

Azərbaycanda 49 yaşlı kişi həmkəndlisini vurdu
Bütün Xəbərlər
12:36 30.04.2013
748
Biləsuvar rayonunun Aranlı kəndində bıçaqlanma baş verib.1964-cü il təvəllüdlü Hüseyin Musa oğlu Şahmarov həmkəndlisi 1955-ci il təvəllüdlü Rafiq Zabit oğlu Əsədova aralarında yaranmış şəxsi münasibətlər zəminində bədən nahiyyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. Rafiq ağır vəziyyətdə Biləsuvar Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onu dərhal əməliyyat ediblər.Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Həmkəndlisini bıçaqlayan Hüseyin Şahmarov polislər tərəfindən gec-tez yaxalanacağını anladıqdan sonra könüllü olaraq polisə təslim olub.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
//anspress
OXŞAR XƏBƏRLƏR