Azərbaycanda 50 yaşlı manyak 16 yaşlı oğlanı zorladı

Azərbaycanda 50 yaşlı manyak 16 yaşlı oğlanı zorladı
Bütün Xəbərlər
12:40 08.11.2012
3892
Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlını zorlamaqda ittiham olunan Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Ə. N. cinayət işi üzrə məhkəmə başa çatıb.İttihama görə, Ə. N. bu ilin martın 7-də Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 saylı binanın birinci mərtəbəsində yerləşən mağazadan özü üçün bir ədəd çörək, kolbasa və 0.5 litrlik bir ədəd araq alıb.O, sərxoş vəziyyətdə geri qayıdarkən həmin binanın həyət hissəsində 1996-cı ildə anadan olmuş yetkinlik yaşına çatmayan F. A. və onun atası A. A. ilə rastlaşıb. Ə. N. tanımadığı A. A. əvvəlcə Azər adlı şəxsin həmin binada yaşayıb-yaşamamasını soruşub. A. A. ona Azər adlı şəxsi tanımadığını bildirib.Sərxoş manyak atanı aldadaraq uşağı necə öz evinə apardı?Ə. N. həmin vaxt atasının yanında olan oğlu F. A. ona kömək edərək içərisində 1 ədəd çörək, kolbasa və 0.5 litrlik 1 şüşə araq olan sellofan torbanı götürərək evə qədər aparmasında ona köməklik göstərməsi barədə A. A. aldadaraq ondan xahiş edib. A. A. razılaşdıqdan sonra o, əlindəki sellofan torbanı kömək etmək məqsədi ilə F. A. verib və onunla birlikdə piyada kirayədə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 42 saylı evin qarşısına gəlib. F. A. kömək məqsədi ilə gətirdiyi sellofan torbanı ona verib atasının dalınca qayıtmaq istəyib.Manyak bıçağı çıxararaq azyaşlıya qarşı zor tətbiq etdiLakin Ə. N. həmin sellofan torbanı götürüb binanın 5-ci mərtəbəsində yerləşən mənzilə aparmaqda ona köməklik göstərməsini F. A. xahiş edib. Onun xahişi ilə F. A. əlində olan sellofan torbanı Mingəçevir şəhəri H.Əliyev prospekti 42 №-li evin 5-ci mərtəbəsində yerləşən 10 saylı mənzilinə gətirəndən sonra həmin mənzilin qapısını açıb və F. A. mənzilə daxil olmağı təklif edib. F. A. mənzilə daxil olmağa razılıq verməyib.Azyaşlını içirdib, sərxoş edir və cinsi əlaqədə olurBu zaman Ə. N. cibindən çıxardığı bıçaqla onu vuracağı ilə hədələməklə zor tətbiq edib və F. A. kirayədə yaşadığı həmin mənzilə salıb. Mənzilin qapısını bağlayandan sonra mağazadan aldığı 1 ədəd çörək, kolbasa və 0.5 litrlik 1 ədəd arağı stolun üstünə qoyub, mətbəxdən gətirdiyi bıçaqla kolbasanı və çörəyi doğrayıb. O, sonra isə 1 qədəh araq süzüb içmək üçün F. A. verib və içməsini təklif edib. F. A. araq içmədiyini bildirdikdə cibindən çıxardığı bıçaqla vuracağı ilə hədələyərək, onu spirtli içki içməyə məcbur edib.Spirtli içkini içəndən sonra içkinin təsirindən F. A. sərxoş vəziyyətə düşməsini görüb və onu otağın döşəməsindəki döşəyin üstünə uzadıb. Ə. N. azyaşlını yatağa uzadandan sonra paltarını soyundurub. O, F. A. ilə cinsi əlaqədə olub və ona qarşı uşaqbazlıq edib.Azyaşlını zorlyanan manyak ittihamı qəbul etmirMəhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ə. N. elan olunmuş Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) mаddəsi ilə özünü qismən təqsirli bilib. O, ifаdəsində göstərib ki, martın 7-də saat 23 radələrində içkili vəziyyətdə əlində zənbillə mağazadan çıxıb və kirayə yaşadığı evə doğru getmək istəyən zaman F. A. atası “ağsaqqal, hara gedirsən?” deyə soruşub. Mən də həmin şəxslə görüşüb və evə getdiyimi bildirdim.Həmin şəxsdən ona evə getməkdə köməklik etməsini xahiş etdim. Həmin şəxs də yanındakı uşağa məni evə getməyə kömək etməsini söylədi. Həmin uşaq qoluna girib və kirayə yaşadığım Bakı aptekinin qarşısındakı binadakı evə apardı.“Bir stəkən araq qəbul etdikdə...”Mənzilə çatdıqdan sonra F. A. evə girib, mənimlə 100 qram araq içməyi təklif etdim. F. A. ilk öncə etiraz etdi və təkidimdən sonra içki içməyə razılaşdı. F. A. bir stəkan araq qəbul etdikdən sonra qusub üstünü batırdı.Bir qədər sonra F. A. mobil telefonuna zəng gəldiyini eşitdim və telefona cavab verdim. Zəng edən F. A. anası olduğunu və oğlunun harada olduğunu soruşdu. Mən də evin ünvanını həmin qadına dedim. Bir az sonra F. A. qohumları gələrək, onu apardılar.“Atam yaşlı kişiyə kömək etməyimi söylədi”Məhkəmədə zərərçəkmiş şəxs qismində F. A. da ifadə verib:“O, ifadəsində deyib ki, martın 7-də gecə saatlarında atası ilə birlikdə nənəsigildən evlərinə tərəf gedərkən ərzaq mağazasının qarşısından keçən zaman mağazanın qarşısında əlində zənbil olan bir nəfər yaşlı kişinin atama yaxınlaşıb. Həmin yaşlı kişi atamla görüşdükdən sonra söhbət etdilər. Həmin vaxt atam yaşlı kişinin əlindəki zənbilə köməklik etməyimi və zənbili həmin kişinin yaşadığı ünvana aparmağımı söylədi.Sonradan adının Ə. N. olduğunu bildiyim şəxsin əlindəki zənbili aldım və birlikdə H.Əliyev prospekti ilə Bakı aptekinin yerləşdiyi binanın qarşısına tərəf getməyə başladıq. Biz öncə yaxınlıqda yerləşən binalardan birinə daxil olduq və üçüncü mərtəbəyə qalxdıq. Ə. N. üçüncü mərtəbədəki mənzilin qapısını döydü. Ancaq mənzilin qapısını heç kim açmadı. Biz birlikdə dördüncü mərtəbəyə qalxdıq və Ə. N. oradakı mənzilin də qapısını döydü, ancaq həmin mənzilin də qapısını heç kim açmadı”.“Cibindən bıçaq çıxararaq mənə hədə-qorxu gəldi”“Bundan sonra həmin binanı tərk etdik. Bakı aptekinin qarşısında yerləşən binanın sağ tərəfindəki birinci girişin qarşısına gəldik. Əlimdəki zənbili Ə. N. uzadım və ona zənbili götürməsini dedim. Ancaq Ə. N. zənbili yaşadığı binanın 5-ci mərtəbəsinə qaldırmağımı xahiş etdi. Birlikdə onun yaşadığı binanın 5-ci mərtəbəsinə qalxdıq. Məndən yaşadığı mənzilə keçməsini tələb etdi. Onun bu təklifinə etiraz etdim”.“Şalvarımı çıxarmağımı tələb etdi”“Ancaq cibindən bıçaq çıxararaq mənə hədə-qorxu gəldi, mənzilə girməyimi tələb etdi. Zənbilindən kolbasanı çıxardaraq stolun üzərinə qoydu və əlindəki bıçaqla kolbasanı doğradıqdan sonra stolun üstünə bir şüşə araq da gətirdi. Birlikdə araq içməyi təklif etdi. Qorxduğum üçün dörd stəkan araq içdim. Sonra qəbul etdiyim arağın təsirindən sərxoş oldum və özümü pis hiss etməyə başladım. Bu zaman Ə. N. əynimdə olan şalvarımı çıxarmağımı tələb etdi. Ona etiraz etdim, soyunmaq istəmədiyimi bildirdim”.“Şalvarımı çıxardaraq mənimlə cinsi əlaqədə oldu”“Bu zaman Ə. N. məni itələdi və özümü pis hiss etdiyim üçün halsız vəziyyətdə yerə yıxıldım. Müqavimət göstərə bilmədim. Məndən əl çəkmədi və şalvarımı, sonra isə alt paltarımı çıxartdıqdan sonra mənimlə cinsi əlaqədə oldu. Özümü pis hiss etdiyim üçün huşum tam özümdə olmadı. Bir müddət keçdikdən sonra mənzilin qapısının döyüldüyünü eşitdim, mənzilə gələn şəxsin qadın olduğunu səsindən müəyyən etdim”.“Qadına məni küçədə dayanacaqda tapdığını dedi”“Qadın mənzilə daxil olduqdan sonra “yerdə yatan kimdir?” deyə soruşdu. Ə. N. da qadına məni küçədə dayanacaqda tapdığını dedi. Sonradan mənə məxsus mobil telefona anam zəng edib. Anamla Ə. N. danışdı və Ə. N. evinin ünvanını anama dedi. Bir müddət keçdikdən sonra əmimgil gələrək, məni evimizə apardılar. Səhəri gün özümə gəldikdən sonra hadisənin necə baş verdiyini anama danışdım”.“Oğlumun evdə olmadığını gördüm”Məhkəmə iclasında azyaşlının anası T. A. ifadə verib. O, bildirib ki, həmin gün ailəsi ilə birlikdə qayınanasıgilə qonaq gediblər.“Axşam saat təxminən 22 radələrində ərim A. A. evə getmək istədiyini bildirdi. Ərim gəzməkdə çətinlik çəkdiyi üçün oğlum F. A. ilə birlikdə getməsini söylədim.Onlar birlikdə getdikdən 30 dəqiqə sonra F. A. zəng etdim, ondan nənəsigilə qayıdıb-qayıtmayacağını soruşdum. F. A. da qayıtmayacağını dedi. Qayınanamın evində bir az oturduqdan sonra evimizə getdim. Evə çatdıqda oğlumun evdə olmadığını gördüm və ərimdən F. A. harada olmasını soruşdum”.“Oğlum telefona cavab vermədi”“Ərim yolda evə gələrkən küçədə bir nəfər tanımadığı yaşlı kişinin ona yaxınlaşaraq əlindəki zənbili evə qədər aparması üçün oğlumdan köməklik etməsini xahiş etdiyini, F. A. da həmin kişini evlərinə aparmasına icazə verdiyini bildirdi. Dərhal oğlumun mobil telefonuna zəng etdim. Lakin cavab vermədi”.“Oğlumun içkili olduğunu bildirdi”“Qaynımın oğlu E. A. ilə birlikdə küçəyə çıxıb yaxınlıqda yerləşən bütün internet klublarını axtarsaq da, onu tapa bilmədik. Bundan sonra evə qayıtdıq və dəfələrlə mobil telefonuna zəng etdim. Ancaq oğlum telefona cavab vermədi. Təxminən gecə saat 00:25 radələrində yenidən oğluma zəng etdim, bu zaman onun mobil telefonunu tanımadığım bir şəxs açaraq özünün Alik olduğunu və F. A. evində bir gecəlik qonaq kimi qalacağını söylədi. Həmin şəxsə telefonu dərhal oğluma verməsini dedim. Həmin şəxs oğlumun içkili olduğunu və telefona cavab verə bilməyəcəyini bildirdi”.“Oğlum divara yumruqla vurdu, “Alik etdi” dedi”“Həmin şəxsdən oğlumun harada olduğunu soruşdum. Həmin şəxs Bakı aptekinin üstündəki binaya gəlməyimi bildirdi. Dərhal bacıma, onun ərinə və qaynıma zəng edərək F. A. olduğu ünvanı bildirdim və həmin yerə getmələrini dedim.Bir az vaxt keçdikdən sonra qaynım oğlumu evə gətirdi. Oğlum halsız vəziyyətdə idi, ayaq üstə dura və heç nə danışa bilmədi. Üst-başı çirkli vəziyyətdə olmuşdu. Əsəbləşdiyim üçün oğlumun üzünə sillə vurdum. Bacımın köməkliyi ilə oğlumu yataq otağına apardım. Həmin gecəni F. A. səhərə kimi qusdu. Gecə yarı oğlum özünə gəldi. Oğlumdan nə baş verdiyini soruşdum. O da divara yumruqla vurdu “Alik etdi” dedi.Ertəsi günü nə baş verdiyini müəyyənləşdirmək üçün Alikin yaşadığı ünvana getdim. Ancaq mənzilin qapısını açan olmadı. Qonşulardan həmin mənzildə yaşayan Alik adlı şəxsin kim olduğunu soruşdum. Kirayədə qaldığını və evin sahibinin kim olduğunu dedilər. Həmin mənzilin sahibini tapdım və onunla birlikdə yenidən mənzilə getdik. Ancaq qapını açan olmadı”.Azyaşlını zorlayan manyakın cəzası: 8 il 4 ay“Mənzilin sahibi polisə müraciət etməyi məsləhət gördü. Biz polisə müraciət etdik və polislə birlikdə yenidən həmin ünvana gəldik. Alik və arvadı evdə idilər. Lakin qapını açmadılar. Sonra polislər oğlumun ifadəsini almaq istədiklərini bildirdilər. Polislər oğlumdan ifadə aldıqdan sonra, onu xəstəxanaya apardılar və ekspertizadan keçirdilər”.Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Ə. N. cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 4 ay müddətinə аzаdlıqdаn məhrum edilib.
//Publika
OXŞAR XƏBƏRLƏR