Gədəbəy rayonunda evin gəlini döyülərək öldürülüb.
Rayon Prokurorluğundan verilən məlumata görə, 51 yaşlı Ramil İmanıyev dünən Gədəbəy rayon Polis Şöbəsinə gələrək ağır cinayətini etiraf edib. O deyib ki, yaşadıqları evdə 47 yaşlı qardaşı arvadı Lətifə Sahibovanı döyərək öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.