Azərbaycanda 51 yaşlı kişi sevgilisini öldürüb həyətində basdırdı

Azərbaycanda 51 yaşlı kişi sevgilisini öldürüb həyətində basdırdı
Bütün Xəbərlər
12:15 20.12.2014
957
Əliyevanın meyiti iki aydan sonra tapılıb.
Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, dekabrın 19-da 1963-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov Vidalət Təbriz oğlu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gələrək nikahdan kənar yaşadığı 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızını təxminən 50 gün əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq qəsdən öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırdığını bildirib.
Dərhal şəhər prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılıb, E.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılıb ekspertin iştirakı ilə xarici və daxili müayinə aparılıb.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
V.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR