Goranboyda qadın su hovuzuna düşərək boğulub.
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərinə görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib. 51 yaşlı Rəna Allahverdiyeva ehtiyatsızlıqdan həyətdə olan yeraltı su hovuzuna düşərək boğulub. Yaxınları onun meyitini hovuzdan çıxarıb. Faktla bağlı araşdırma aparılır.