Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.Qəza Bakı-Quba-Dağıstan yolunun 165-ci km də, yolun Quba şəhəri ərazisində keçən hissəsində qeydə alınıb.Qubadan Bakı istiqamətində hərəkət edən Quba rayon Nügədi Qazmalar kənd sakini, 36 yaşlı Aslan Əmrəliyevin idarə etdiyi 15 BE 556 dövlət nömrə nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən piyada, 56 yaşlı Quba şəhər sakini Sona Mirzəliyevanı vurub. O, hadisə yerində dünyasını dəyişib.