Azərbaycanda 57 və 13 yaşlı abituriyentlər

Azərbaycanda 57 və 13 yaşlı abituriyentlər
Bütün Xəbərlər
16:55 21.05.2013
1419
2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102 034 abituriyent sənəd verib. Bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ərizələrini təsdiq etdirmiş abituriyentlərdən 69611 nəfəri bu il ilk dəfə olaraq ərizələrini özləri, Sənəd Qəbulu Komissiyasına getmədən təsdiq edib. Bu il sənəd verənlərin 58 365 nəfəri bu ilin məzunlarıdır.Ən yaşlı abituriyent 1956-cı il, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür.Qeyd edək ki, Ali təhsil müəssisələrinə III qrup 14 iyul, I qrup 21, IV qrup 28 iyulda, II qrup üzrə imtahan isə avqustun 3-də olacaq.
OXŞAR XƏBƏRLƏR