Azərbaycanda 58 yaşlı kişi borca görə özünü öldürdü

Azərbaycanda 58 yaşlı kişi borca görə özünü öldürdü
Bütün Xəbərlər
12:06 22.10.2012
1168
Zərdab rayonunun Bıçaqlı kəndi ərazisində Kür çayından kişi meyidi tapılıb.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, araşdırmalar zamanı meyidin kimliyi məlum olub.Belə ki, meyidin oktyabrın 18-də itkin düşmüş Bıçaqlı kənd sakini 58 yaşlı Əli Məhəmməd oğlu Valikov olması aydınlaşıb. Meyit tibbi müayinədən keçirildikdə məlum olub ki, Əli Valikov intihar edib. Verilən məlumata görə, onun müxtəlif şəxslərə borcu olub.Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR