Azərbaycanda 6 ayaqlı inək - VİDEO

Azərbaycanda 6 ayaqlı inək - VİDEO
Bütün Xəbərlər
17:27 22.10.2014
3730
Zaqatalanın Car kəndində inəyin balasının 6 ayaqlı doğulması kənd sakinlərini təccübləndirib.Nəcməddin Purtiyevə məxsus təsərrüfatda baş verən qeyri-adi doğum elə onun özünə də inandırıcı gəlmir. Yeni doğulmuş buzovun arxa ayaqlarına yaxın hissədə əlavə 2 ayağı da var. Bu ona müəyyən narahatlıq yaratsa da, artıq ayaqlar yerə çatmadığından, buzovun hərəkətlərinə bir o qədər də mane olmur. 70 yaşlı təsərrüfat sahibi isə belə halla ilk dəfədir qarşılaşır.Nəcməddinin Purtiyev 6 ayaqlı olmasına baxmayaraq buzovun sağlam olduğunu və normal qidalandığını deyir. Heyvana baxan yerli baytarlar da xüsusi qulluq edilərsə onun yaşamaq şansının çox olduğunu bildiriblər.
OXŞAR XƏBƏRLƏR