Azərbaycanda 6 nəfər məktəbli qız erkən nikaha girdi

Azərbaycanda 6 nəfər məktəbli qız erkən nikaha girdi
Bütün Xəbərlər
17:18 18.02.2013
1568

Şirvan şəhərində 6 nəfər qız erkən nikaha girərək ailə həyatı qurub.Bu gün şəhərdə ən çox narahatçılıq doğuran problemlərdən bir erkən nikahların bağlanmasıdır.Ötən il şəhərin ümumtəhsil məktəblərindən 6 qız valideynlərinin istəyi ilə erkən nikaha daxil olaraq ailə həyatı qurub.Həmin qızlar şəhər 9, 10, 12, 13, 14 və 20 saylı məktəblərin IX-XI sinif şagirdləridir.Erkən nikahlarla yanaşı, yeniyetmələr arasında hamiləlik hallarında da kəskin artım müşahidə olunur.Keçən il şəhər xəstəxanasının doğum şöbəsində 1846 doğuş qeydə alınıb ki, bunun da 90 nəfəri 18 yaşadək olan qızlardır.Hazırda 18 yaşına qədər 61 hamilə qadın qeydiyyatdadır. Bu isə həyəcan doğurmalıdır.

OXŞAR XƏBƏRLƏR