Salyan rayonunda 6 yaşlı qızı gürzə ilanı sancaraq öldürüb.
Qızın yaxınlarına istinadən Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyunun 30-da Salyanın Şəkərli kəndində qeydə alınıb.2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarov həyətdə böyük bacısı ilə oynayıbmış. Bu zaman onun bacısı əlindəki dəftəri yarımtikilinin içindəki çəlləyin yanına atıb. Balaca Gülnar dəftəri çəlləyin yanından götürmək istərkən orda gizlənmiş gürzə onu vurub.Azyaşlı uşaq xəstəxanaya çatdırılsa da zəhər əleyhinə zərdab olmadığından Bakıya göndərilib. Bakıda həkimlərin səyinə baxmayaraq Gülnar ötən gün dünyasını dəyişib.