Azərbaycanda 600 baş xəstə heyvan var

Azərbaycanda 600 baş xəstə heyvan var
Bütün Xəbərlər
12:50 19.09.2013
820
“Azərbaycanda bunyavirusa yoluxmuş 500-600 baş heyvan qalıb”.

Bunu Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, hazırda xəstə heyvanların müalicəsi sürətlə davam etdirilir: “Başqa ölkələrdən gözlədiyimiz dərman preparatları hələ ki, gətirilməyib. Dərmanların gətirilməsi ilə bağlı işlər davam edir. Preparatlar gətirildikdən sonra biz mətbuat konfransı keçirəcəyik və jurnalistlərin iştirakı ilə dərmanları yerlərə paylayacağıq”.

Virusun yayılması ilə əlaqədar vəziyyətin artıq stabilləşdiyini deyən Y. Xanvəli bunu havaların soyuması, qansoran həşəratların azalması ilə əlaqələndirib: “Hazırda problem tamamilə aradanqalxmasa da, heyvanlar arasında yeni yoluxma halları xeyli aşağı düşüb”.//apa

OXŞAR XƏBƏRLƏR