Azərbaycanda 63 yaşlı qadın özünü asdı

Azərbaycanda 63 yaşlı qadın özünü asdı
Bütün Xəbərlər
15:11 21.04.2014
745
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə hadisə Göyçay şəhəri Ü. Hacıbəyov küçəsi 3 saylı evdə qeydə alınıb.
Ev sahibi, 1951-ci il təvəllüdlü Xəlilova Elmira Şamil qızı yaşadığı evdə kəndirlə özünü asaraq intihar edib. Bir uşaq anası olan Elmira Xəlilovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR