Azərbaycanda 670 və 647 bal toplayan abituriyent ali məktəbdən imtina etdi - FOTO

Azərbaycanda 670 və 647 bal toplayan abituriyent ali məktəbdən imtina etdi - FOTO
Bütün Xəbərlər
10:21 29.05.2015
5905

“Maddi cəhətdən elə də yüksək təminatlı ailədən deyilik”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

AZXEBER.COM xəbər verir ki, sənəd verən 15224 abituriyentdən 1227 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13997 abituriyentdən 29 nəfəri qaydaları pozduğu üçün zaldan xaric olunub və nəticələri ləğv edilib.

Qalan 13 968 abituriyentin imtahan nəticələri bəlli olub.

Modern.az saytının əldə etdiyi məlumata görə, builki imtahanda həm I ixtisas, həm də IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan iki nəfər var. Bunlar IV ixtisas qrupu üzrə 670 bal toplayan Nail Cəfərov və I ixtisas qrupu üzrə 647 bal toplayan Malik Məmmədovdur. Onlar keçən ildə yüksək bal toplayıblar, amma ali qəbul olunduqları ali məktəblərdən imtina ediblər.

Bu il yenidən tələbə adının sevincini yaşayan hər iki gənc öz təəssüratlarını bizimlə bölüşüb.

Nail Cəfərov:

“2014-cü ildə Qəbələ şəhər Nicat Ağayev adına 4 saylı tam orta məktəbi bitirmişəm. Ötən il 622 balla Tibb Universitetinin əczaçılıq fakültəsinə daxil olmuşdum. Lakin buranı istəmədiyim üçün təsdiq etməyə də getmədim. Bu il 670 bal yığmışam. Hələ orta məktəbin 9-cu sinfindən repetitor yanında hazırlaşmışam. Son bir il ərzində yalnız ötən illərdə keçdiyim dərslərin əsasında evdə hazırlaşmışam.

Bu nəticəni əldə edəcəyimi gözləyirdim. Məni tanıyanlar da bu nəticəni yox, prezident təqaüdçüsü olmağımı gözləyirdilər. Fasiləsiz rejimdə çalışmağım, özümə istirahət verməməyim, psixoloji cəhətdən hazır olmamağım imtahanda özümü tam göstərməməyə şərait yaratdı. Bu nəticədən yuxarı gözləyirdim. Yenə də şükürlər olsun. Arzum Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmaq idi. Kodlaşdırmanı da bu fakültəyə uyğun yazacağam.

Bu nəticəni əldə etmək üçün daha çox qətiyyətlə çalışdım. Bu səviyyəyə çatdığım üçün əvvəlcə valideynlərimə borcluyam. Maddi cəhətdən elə də yüksək təminatlı ailədən deyilik. Bir il arzuma nail ola bilmədim, valideynlərim mənə dəstək olub, kömək edib. İkinci növbədə mənə təhsil verən müəllimlərimə təşəkkür edirəm”.

Malik Məmmədov:

“2014-cü ildə Gəncə şəhər 32 saylı tam orta məktəbindən məzun olmuşam. İkinci ildir ki, imtahan verirəm. Birinci il topladığım 448 balla Neft Akademiyasında neft mühəndisliyinə daxil olmaq şansım var idi, amma istəmədim. Əsas məqsədim Bakı Ali Neft Məktəbinə daxil olmaq idi.

Bir il ərzində hazırlığa getdiyim müəllimlərimi dəyişdim və üzərimdə daha çox çalışmağa başladım. Amma buna baxmayaraq, 647 bal topladım. Əsas çalışmaq idi, çalışdım və bu nəticəni əldə etdim.

İmtahanda 647 bal topladım, amma bundan daha çox nəticə əldə etməyə ümidli idim. Hədəfim 660 bal toplamaq idi. Çünki Bakı Ali Neft Məktəbinə keçid üçün 648 bal lazımdır. Bura daxil olmaq üçün mənim bir balım çatmır. Əgər bura daxil olsam, çox sevinərəm. Amma düşünürəm ki, göstərdiyim nəticə yaxşıdır, təəssüflənməyə dəyməz”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
01:03 09.08.2025
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"