74 yaşlı Şəmkir sakini intihar edib.
Bu barədə Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi Elnar Hüseynov məlumat verib. Onun sözlərinə görə, hadisə yanvarın 19-da gecə saat 01:00-da baş verib.“Hadisə Şəmkir rayonunun İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 74 yaşlı A. M.-ov evində intihar məqsədilə bıçaqla özünə xəsarət yetirib. Təcilli olaraq xəstəxanaya çatdırılsa da o aldığı xəsarətdən dünyasını dəyişib”.Elnar Hüseynovun sözlərinə görə, hazırda Şəmkir Rayon Prokurorluğunda intharın dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.