Azərbaycanda 78 əcnəbi saxlanıldı

Azərbaycanda 78 əcnəbi saxlanıldı
Bütün Xəbərlər
15:07 13.11.2012
892
Ötən həftə Azərbaycanda yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi saxlanılıb.
AZXEBER.COM-un Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 5-dən 10-dək Gəncə, Mingəçevir, Şirvan şəhərlərində, Şəmkir, Zərdab, Qazax, Ağstafa rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.
OXŞAR XƏBƏRLƏR