AZXEBER.COM-un “presspost.az”a istinadən verdiyi xəbərə görə, yerli mütəxəssislər deyirlər ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən yeganə həkim Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadədir. O, bu əməliyyatları ölkədə 2002-ci ildən reallaşdırır.
C.Əzimzadənin bildirdiyinə görə, cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. “Mənim statistikam göstərir ki, müraciət edənlər arasında 4 kişiyə 1 qadın düşür. 2002-ci ildən indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib.
Cinslərini dəyişmək istəyənlər 22-30 yaş arası gənclər olur. İndiyədək müraciət edənlərdən yalnız 9-u əməliyyat olunaraq cinsini dəyişib.
Həmin şəxslərin biri qadın, qalan 8 nəfər isə kişi olub. Cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın ata ola bilməz”.