Azərbaycanda 8 nəfər quduzluqdan öldü

Azərbaycanda 8 nəfər quduzluqdan öldü
Bütün Xəbərlər
14:02 14.08.2012
1312
Bu il ərzində Azərbaycanda 8 nəfər quduzluq xəstəliyindən dünyasını dəyişib. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat veriblər.Mərkəzdən bildirilib ki, quduzluq xəstəliyindən sonuncu ölüm halları avqust ayı ərzində olub. Həmin ay ərzində 2 hadisə qeydə alınıb.Yoluxma nəticəsində Tərtərdə 47 yaşlı kişi, Şəmkirdə 11 yaşlı uşaq dünyasını dəyişib. 47 yaşlı kişiyə iynə vurulsa da, o, 10 gündən sonra dünyasını dəyişib. Uşağı it dişlədikdən sonra isə valideynləri bununla əlaqədar heç bir tibb müəssisəsinə müraciət etməyiblər.İl ərzində digər quduzluq halları Cəlilabad, Saatlı, Beyləqan, Sabirabad, Abşeron rayonunda qeydə alınıb. Bu il ərzində Bakıda quduzluğa yoluxma halı baş verməyib.
OXŞAR XƏBƏRLƏR