Azərbaycanda 83 yaşlı qadın yanaraq ölüb

Azərbaycanda 83 yaşlı qadın yanaraq ölüb
SOSİAL
19:08 01.02.2022
242
Sabirabadda ağır yanıq xəsarətləri alan 83 yaşlı qadın xəstəxanada ölüb.

Hadisə Sabirabad rayonunu Əsədli kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Qurbanova Gülüş Məriş qızı qaz cihazının üstünə aşması nəticəsində ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına çatdırılıb. 

O, aldığı ağır dərəcəli yanıq xəsarətlərindən xəstəxanaya çatdırılandan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR