Azərbaycanda 93 yaşlı ev yanaraq kül oldu

Azərbaycanda 93 yaşlı ev yanaraq kül oldu
Bütün Xəbərlər
10:09 08.05.2013
936

Şəmkirdə yanğın baş verib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, gecə saatlarında rayonun Zəyəm qəsəbəsində ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib.1920-ci ildə inşa olunmuş evin arakəsmə divarları taxta konstruksiyalardan və dam örtüyü qamışdan ibarət olduğu üçün ev tez alovlanıb.Hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Həmin evə bitişik sahəsi 195 kv.m olan ev isə yanğından mühafizə olunub.Yanğının hansı səbəbdən çıxdığı bilinmir. Hazırda faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR