Azərbaycanda ailə faciəsi: Baldız gəlini öldürdü

Azərbaycanda ailə faciəsi: Baldız gəlini öldürdü
Bütün Xəbərlər
18:50 23.07.2013
3017

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Gün.Az-ın bölgə müxbiri Neftçala Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə Şorkənd kəndində qeydə alınıb.Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Almaz Mirəli qızı Göyçayeva evin gəlini olan 1965-ci il təvəllüdlü Samirə Əjdər qızı Göyçayevanı qətlə yetirib.İlkin məlumata görə, baldız gəlini əlindəki dəmir alətlə arxadan başından vuraraq öldürüb. Qatil baldızın ruhi xəstə olduğu ehtimal olunur. Almaz Göyçayeva polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR