Azərbaycanda Ağıllı Qələm möcüzəsi - VİDEO

MARAQLI
16:58 22.08.2012
3079
Ağıllı Qələm möcüzəsiƏcnəbi bir dili öyrənmək üçün ən səmərəli dövr təxminən üç-yeddi yaş dövrü hesab olunur. Belə ki bu yaşda olan uşaqlar oynamağa və əylənməyə meyillidirlər. Həyat onlar üçün oyundan ibarətdir, oxumaq da, yazmaq da, şeir əzbərləmək də, nəhayət, dil öyrənmək də. Biz də bütün bunları nəzərə alaraq uşaqların ingiliscəni daha asan və məhz uşaq “dili”ndə öyrənməsini təmin etmək üçün gərgin axtarış və zəhmətdən sonra “Danışan Kitablar” ideyası çərçivəsində “Ağıllı qələm” layihəsini həyata keçirdik.Bəs “Ağıllı Qələm” nədir? “Ağıllı Qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin (informasiyanın kağızdan oxunması) imkanları əsasında mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir, başqa sözlə, fərdi ingilis dili müəllimidir.Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq və onların birinci sinfə qədəm qoyarkən ingilis dilində hazırlıqlı olmasını təmin etməkdir.“Ağıllı Qələm”in xüsusiyyətləri:1. Tetra “Ağıllı qələmi”nin satış dəsti dərslik və ağıllı qələmdən ibarətdir. Dərsə başlamaq üçün qələmi kitabın üz qapağına toxundurmaqla kitabı qələmə tanıtmaq lazımdır. Qeyd edək ki, “Ağıllı Qələm”dən istifadə qaydaları hər bir dərsliyin son səhifəsində verilir.2. Əlifbanı öyrənmə. İlk səhifədə ingilis dilinin əlifbası verilmişdir. Qələmi hərflərə toxundurmaqla onların tələffüzünü və hər bir hərfə uyğun verilən söz nümunəsini dinləyirik. Məsələn; hərf: B, b, söz nümunəsi: bear [bi:]− ayı və ayının şəkli. Beləliklə, həm hərfi görür, həm tələffüzünü eşidir, həm də söz nümunəsinin şəklinə baxırıq. Eyni anda eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur.3. Mövzunun izahı. Hər mövzunun əvvəlində “İzah” işarəsi var. Qələmi ona toxundurmaqla mövzu haqqında qısa məlumat əldə edirik.4. Söz öyrənmə. Sözlərin mövzu üzrə qruplaşdırılması öyrənilməsini asanlaşdırır. Hər dəfə qələmi sözlərə toxundurmaqla ingilis dilində tələffüzünü və tərcüməsini dinləyir və öyrənirik.5. Biliyi yoxlama. “Ağıllı Qələmi” hər səhifənin aşağı hissəsində olan “sual” işarəsinə toxundurmaqla səhifəni necə öyrəndiyimizi yoxlaya bilərik. Bu zaman “AğıllıQələm” sözü tələffüz edir, siz də onu səhifədə göstərirsiniz. Cavab doğrudursa, qələm alqış sədaları altında “Afərin, doğrudur” deyir, səhvdirsə, “Musiqili nida” səsi eşidilir. Sual-cavab əməliyyatını bitirmədən növbəti səhifəyə keçmək üçün “Stop” işarəsindən istifadə etmək lazımdır.6. Musiqili səhifələr. Hər kitabın sonunda uşaqların yaş psixologiyasına uyğun musiqili səhifələr var. Uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib əylənə-əylənə təkrar edə bilərlər.7. Xatırlatma funksiyası. Qələm uşaqların cavablarına münasibət bildirməklə onları həvəsləndirir və ya tənbeh edir. Həmçinin uşaq qələmi qoyub gedəndə üç dəfə xəbərdarlıqdan sonra avtomatik sönür. Bununla həm də enerjiyə qənaət edir.8. “Ağıllı Qələm”in oturacağı. Uşaqlar yemək yeyərkən və ya yatarkən ingilis dilində musiqi dinləyə bilərlər. Bunun üçün “Ağıllı Qələm”in oturacağında olan Mp3 funksiyasından istifadə edə bilərsiniz.9. “Ağıllı Qələm” proqramına bir neçə kitab daxildir. Hər bir kitabı www.tetra.az saytının müvafiq bölməsindən asanlıqla “Ağıllı Qələm”ə yükləmək və ya silmək mümkündür.Əlaqə tel: 050 272 88 77Sayt: Tetra.azFacebook: Fb.com/tetra.az
OXŞAR XƏBƏRLƏR