Azərbaycanda ağır qəza: bir ailənin üç üzvü xəsarət aldı
Bütün Xəbərlər
20:20 02.05.2013
872
Mingəçevir şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin Həzi Aslanov və Samux küçələrinin kəsişməsində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Əlimirzəyev Bəhanət Qurban oğlunun idarə etdiyi 45-BG-651 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını 1966-cı il təvəllüdlü Xəlilov Dadaş Müzəffər oğluna məxsus 99-CS-475 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomaşınla toqquşub.Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ 21015” markalı avtomaşındakı sərnişinlər - 1972-ci il təvəllüdlü Xəlilova Lətafət Allahverdi qızı və 1940-cı il təvəllüdlü Xəlilova Məhbubə Zahid qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, “VAZ 21015” markalı avtomaşındakı sürücü və sərnişinlər bir ailənin üzvləridir.