Azərbaycanda ağır qəza: İki ölü, bir yaralı - FOTOLAR

Azərbaycanda ağır qəza: İki ölü, bir yaralı - FOTOLAR
Bütün Xəbərlər
10:01 30.01.2015
1268

Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Gəncə Şəmkir avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 29-da saat 22 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Şəmkir postunun yaxınlığında baş verib. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında ağaca çırpılaraq aşıb.

Qəza nəticəsində maşında olan iki nəfər hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanların əməkdaşları ölən və yaralıların kimliklərini müəyyənləşdirirlər.

OXŞAR XƏBƏRLƏR