Qax rayonunun Ləkit kəndində "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM--a verilən məlumata görə, nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.