Azərbaycanda ağır qəza - Sürücü öldü, arvadı və qızı yaralandı

Azərbaycanda ağır qəza - Sürücü öldü, arvadı və qızı yaralandı
SOSİAL
11:18 14.07.2023
470
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

"VAZ-21012" markalı minik avtomobilinin aşması nəticəsində 1990-cı təvəllüdlü Raul Süliddin oğlu Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Aynənsə Oktay qızı Məmmədova və 2013-cü il təvəllüdlü övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR