Azərbaycanda ağır yol qəzası 1 nəfərin həyatına son qoydu

Azərbaycanda ağır yol qəzası 1 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
07:48 11.08.2012
1142

Cəlilabad rayon polis şöbəsindən verilən məlumata görə, hadisə Cəlilabad-Sərhədabad yolunun 3-cü kilometrliyidə baş verib. “Mersedes” markalı avtomobil “Vaz-2107” markalı maşınla toqquşub.

Nəticədə ağır bədən xəsarətləri alan “Vaz-2107” markalı avtomobilin sürücüsü Cəlilabadın Abazallı kənd sakini Rəhman Hüseynov hadisə yerində keçinib. “Mersedes”-in sürücüsü Şabanlı kənd sakini, 23 yaşlı Elnur İbrahimov və “Vaz-2107”-də olan sərnişin isə ağır yaralanıb. Yaralılar Cəlilabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR