Azərbaycanda ağır yol qəzası: 2 ölü, 3 yaralı

Azərbaycanda ağır yol qəzası: 2 ölü, 3 yaralı
Bütün Xəbərlər
17:00 24.06.2013
1525
Bakı-Qazax magistral yolunun 345-ci kilometrliyində Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dünən günorta saatlarında, 1964-cü il təvəllüdlü Raqif Məmmədovun idarə etdiyi “Hyunday” markalı avtomobil aşıb.Hadisə nəticəsində Daşkəsən rayon sakini, 1964-cü il təvəllüdlü, Raqif Məmmədovun idarə etdiyi “Hyunday Terracan” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən aşıb. Hadisə zamanı avtomobildə olan sürücünün bacısı, 1963-cü il təvəllüdlü Nazəni Sədirova və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Etibar Sədirov dünyasını dəyişib. Sürücünün qızı, 2000-ci il təvəllüdlü Banuçiçək Məmmədova, oğlanları - 2002-ci il təvəllüdlü Elnur Məmmədov və 2005-ci il təvəllüdlü Ayxan Məmmədzadə ağır bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.Raqif Məmmədov və həyat yoldaşı 1976-cı il təvəllüdlü Alidə Ağayeva yüngül xəsarət alıb.Xəstəxanadan uşaqların vəziyyətinin orta-ağır olduğu bildirilib.Raqif Məmmədov ailə üzvləri və qohumları ilə birgə Bakıya toya gedirmişlər. Sürücünün dediyinə görə, hadisəyə avtomobilin təkərinin partlaması səbəb olub.
OXŞAR XƏBƏRLƏR