Azərbaycanda ağır yol qəzası: avtomobil körpüdən aşdı

Azərbaycanda ağır yol qəzası: avtomobil körpüdən aşdı
Bütün Xəbərlər
14:29 19.11.2012
932
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Şəhər polis şöbəsindən verilən məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.Şəhər sakini Həsənov Tacəddin Hilal oğlu idarə etdiyi 45 BG 286 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və dəmiryolu xəttinin üzərindəki avtomobil körpüsündən 10 metr aşağı düşüb.Hadisə nəticəsində avtomobilin sürücüsü Tacəddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
//APA
OXŞAR XƏBƏRLƏR