Azərbaycanda ağır yol qəzası: ölən var - FOTO

Azərbaycanda ağır yol qəzası: ölən var - FOTO
Bütün Xəbərlər
01:08 06.10.2012
1222
Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə saat 20.30-da Gəncə-Şəmkir şosesinin Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "KamAZ" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər ölüb. Minik maşını toqquşmadan sonra dərəyə yuvarlanıb. Həyatını itirən VAZ 2106-nın sürücüsü 46 yaşlı Şəmkir sakini Mahir Hüseynovdur. Yük avtomobilin sürücüsü isə yaralı halda xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, VAZ 2106-ni idarə edən sürücü yüksək sürətlə hərəkət edirmiş və ötmə əməliyyatını düzgün yerinə yetirməyib.Göygöl DYP Bölməsinin baş inspektoru Qubad Qasımov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, ilkin ehtimal kimi hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb.Qeyd edək ki, son 8 ay ərzində Azərbaycanın avtomobil yollarında 1860-dan çox yol qəza hadisəsi baş verib ki, bunların da əksəriyyətinə səbəb yüksək olub. Qəzalar nəticədə 700-dən çox insan həyatını itib, 2000-dən çox insan isə bədən xəsarətləri alıb.
OXŞAR XƏBƏRLƏR