Azərbaycanda ağır yol qəzası: ölən var

Azərbaycanda ağır yol qəzası: ölən var
Bütün Xəbərlər
11:19 17.06.2013
1079

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Bakı-Quba yolunun 37-ci kilometrliyində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Yaqub Məmmədovun idarə etdiyi “Wolksvagen-Passat” markalı, 90 LS 679 dövlət nömrə nişanlı avtomobil Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Aqşin Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 10 EZ 563 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ-2106”nın sürücü A. Quliyev aldığı xəsarətdən dünyasını dəyişib. Digər avtomobilin sürücüsü və maşınlarda olan sərnişinlər - 1980-ci il təvəllüdlü Vüsalə Soltanova, 1972-ci il təvəllüdlü Tamamnaz Məmmədova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR