Azərbaycanda ana uşağını dayəyə tapşırıb yoxa çıxdı - FOTO

Azərbaycanda ana uşağını dayəyə tapşırıb yoxa çıxdı - FOTO
SOSİAL
16:29 19.10.2021
597
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yeni paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, o, feysbuk hesabında atılan azyaşlı qız haqqında status yazıb. Həmin uşağın 8 gün dayəsində qaldıqdan sonra anasının axtarmadığını və sığınacağa gətirildiyini bildirib:

"Dayə 8 gün saxladığı uşağın anasının gəlmədiyini görüb sığınacağa gətirdi. O bildirir ki, uşağın anası ona müvəqqəti baxması üçün tapşırıb. Artıq 8 gün keçib və onun nömrəsinə zəng çatmır.

Hazırda uşaq sığınacaqdadır. Valideyn və ya qohumlarından kim tanıyırsa, 055 314 35 15 nömrəsi ilə əlaqə saxlanmasını xahiş edirik".

Mehriban Zeynalova bu haqda polisə məlumat verildiyini də bildirib. 
 

 


OXŞAR XƏBƏRLƏR