Azərbaycanda ana uşağını qonşulara verib qaçdı — VİDEO

Azərbaycanda ana uşağını qonşulara verib qaçdı —  VİDEO
SOSİAL
01:45 03.08.2016
1623

Paytaxtın Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin 9 aylıq sakini Hüseynin anası xəstə yanına getmək adı ilə onu bir neçə saatlıq qonşuya verib və qayıtmayıb.

Qonşular deyir ki, həmin qadın orda fəaliyyət göstərən kafelərdən birində işləyib.

Ailə körpənin anasını tapmaq üçün aidiyyatı qurumlara müraciət etsə də bir nəticə yoxdur. Onlar Hüseyni aidiyyatı orqanlara təhvil vermək istəyirlər.

Ancaq qonşular azyaşlının anasının gələcəyinə də ümid edirlər.

OXŞAR XƏBƏRLƏR