Azərbaycanda ana və iki uşağını maşın vurdu, uşaqlar öldü

Azərbaycanda ana və iki uşağını maşın vurdu, uşaqlar öldü
Bütün Xəbərlər
14:44 08.08.2014
4850
Şəmkir rayonunda ailə faciəsi ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM-un DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 7-si saat 22 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakini Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub.
Uşaqlar hadisə yerində ölüb, D. Bayramova xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR