Azərbaycanda ana və üç oğlu evdə ölü tapıldı

Azərbaycanda ana və üç oğlu evdə ölü tapıldı
Bütün Xəbərlər
12:30 02.11.2013
1962
Onların dəm qazından zəhərləndikləri ehtimal edilir

Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR