Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların da 23-ü “isti izlər”lə açılıb.
Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.8 yanğın hadisəsi qeydə alınıb ki, nəticədə 1 nəfər ölüb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.